Bank Of Baku

Naxçıvan MR maliyyə naziri vəzifəsindən azad edilib - VİDEO

Rafael Əliyev

© APA | Rafael Əliyev

# 11 yanvar 2023 10:06 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rafael Əliyev vəzifəsindən azad edilib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb. Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndinə əsasən Rafael Rza oğlu Əliyev Naxçıvan Muxtar Respublikasının maliyyə naziri vəzifəsindən azad olunub.

Qeyd edək ki, 2022-ci il noyabrın 26-da Səbail rayon məhkəməsinin qərarı ilə Rafael Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

Ceyhun Məmmədov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR