Naxçıvanda mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb - FOTOLENT - YENİLƏNİB

Naxçıvanda mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb - FOTOLENT  - YENİLƏNİB
# 15 iyun 2025 18:05 (UTC +04:00)

Xəbərə fotolar əlavə edilib.

***

17:13

Naxçıvanda mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə Naxçıvan-Batabat magistral yolunun Şahbuz rayonu Kolanı kəndi ərazisindən keçən hissəsində baş verib. Qəza zamanı 67-BF-243 dövlət nömrəli nişanlı "Mercedes" markalı mikroavtobus idarəetməni itirərək yoldan çıxıb və dərəyə aşıb. Hadisədə 3-ü qadın biri uşaq olmaqla 4 nəfər xəsarət alıb.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasında yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR