Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
APA-nın Naxçıvan bürosunun xəbərinə görə, ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da Xocalı soyqırımı faciəsinin 31-ci ildönümündə - fevral ayının 26-sı saat 17:00-da qanlı faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Nəqliyyatın, eləcə də həmin vaxt xətdə olan sərnişin qatarlarının hərəkəti dayandırılıb.
Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar muxtar respublikanın bütün şəhər və rayonlarında anım mərasimləri keçirilib.