Bank Of Baku

Nazir: Azad edilmiş ərazilərdə meşə-parkların salınmasına başlanılıb

Nazir: Azad edilmiş ərazilərdə meşə-parkların salınmasına başlanılıb
# 24 dekabr 2022 12:06 (UTC +04:00)

"Terraslar və yaşıl dəhlizlərdən ibarət meşə-parkların salınmasına başlanılıb”.

APA xəbər verir ki, bunu “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na həsr olunmuş tədbirdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Böyük Qayıdışın ekoloji aspektləri” adlı məruzəsində deyib.

Nazir bildirib ki, Türkiyə Respublikası ilə birlikdə Cəbrayıl rayonu ərazisində “Azərbaycan–Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin yaradılması işlərinə başlanılıb: “Buradakı tinglik sahələrində il ərzində 2 milyon fidanın yetişdirilməsi, xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında meşə-bərpa tədbirlərinə böyük təkan verəcək".

M.Babayev qeyd edib ki, Cəbrayıl, Zəngilan, Füzuli və Ağdam rayonlarında geniş ərazilərdə terraslar və yaşıl dəhlizlərdən ibarət meşə-parkların salınmasına başlanılıb.

Nazir bölgədə yerləşən xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətinin, buradakı bioloji müxtəlifliyin, su bioresurslarının və təbiət abidələrinin bərpası istiqamətində də görülən tədbirlərdən danışıb: "IDEA İctimai Birliyi və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondu ilə birgə bəzi heyvan növlərinin, ilkin mərhələdə ceyran və bezoar keçisinin öz tarixi areallarına reintroduksiyası layihələrinə başlanılıb, cari ildə artıq Cəbrayıl rayonu ərazisinə 33 baş ceyran buraxılmışdır.
Regionda su bioresurslarının bərpası və artırılması məqsədilə Bəsitçay, Köndələnçay, Bərgüşadçay və Həkəri çaylarına, eləcə də Suqovuşan və Xaçınçay su anbarlarına davamlı olaraq müxtəlif növ balıq körpələri buraxılır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR