Bank Of Baku

Nazir: “Erkən nikahlarla bağlı məsələdə məktəb direktorunun müdaxilə imkanları məhduddur”

Nazir: “Erkən nikahlarla bağlı məsələdə məktəb direktorunun müdaxilə imkanları məhduddur”
# 23 avqust 2022 12:26 (UTC +04:00)

Elm və təhsil naziri Emin Əmrullayev məktəb yaşlı şagirdlərin erkən nikahı ilə bağlı məsələdə direktorların müdaxiləsi məsələsinə münasibət bildirib.

APA xəbər verir ki, nazir deyib ki, erkən nikahlarla bağlı məsələdə məktəb direktorunun və müəllimlərin müdaxilə etmək imkanları məhduddur:

“Çünki bir çox hallarda erkən nikahlar IX sinifdən sonra baş verir. IX sinifdən sonra isə təhsil icbari deyil. Yəni bəzi uşaqlar artıq ümumiyyətlə məktəbə gəlmirlər ki, direktor məsələni bilsin. Amma təbii ki, məktəb daxilində bununla bağlı maarifləndirmə işi aparılır və aparılmalıdır. Bu, daha çox ailə, cəmiyyət, mədəniyyət məsələsidir. Ona görə də məktəb direktorunun bu məsələdə günahı yoxdursa, onu necə cəzalandırmaq olar?”

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR