Elm və təhsil naziri Emin Əmrullayev sertifikasiyada müəllimlərin işə qəbulu müsabiqəsində olduğu kimi hər hansı güzəştin olub-olmayacağı məsələsinə aydınlıq gətirib.
APA xəbər verir ki, nazir deyib ki, hazırda belə güzəşt nəzərdə tutulmayıb:
“Sertifikasiyanın mahiyyətini başa düşməliyik. Sertifikasiyada müəllim beş ildən bir sadəcə öz biliyini nümayiş etdirir və biz ondan sadəcə minimal balı toplamağını istəyirik. Sosial statusun biliklə çox əlaqəsi yoxdur. MİQ-də də şəhid ailəsi üzvlərinə bal güzəşti nəzərdə tutulmayıb, əlavə bal vermirik. Biz yalnız imtahandan keçən müəllimlərin yerləşməsində onlara güzəşt edirik. Yerləşmə isə biliyin ölçülməsi deyil.
Sertifikatlaşdırmanın mahiyyəti peşəkar səviyyəni ölçməkdir. Burada sosial statusu nəzərə almaq səhvdir. Amma onsuz da həmişə şəhid ailələri üzvlərinə elm və təhsil sahəsində müəyyən güzəştlər nəzərdə tutulur".