Bank Of Baku

Nazir pedaqoji təhsili olmayanların məktəb direktorluğu məsələsinə münasibət bildirib

Nazir pedaqoji təhsili olmayanların məktəb direktorluğu məsələsinə münasibət bildirib
# 27 fevral 2023 15:57 (UTC +04:00)

"Bəzən mediada hansısa direktorun pedaqoji təhsili olmadığına dair məlumatlar yayılır. Lakin biz də izah veririk ki, həmin şəxs sonradan pedaqoji təhsil alıb".

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə bildirib.

Nazir deyib ki, əgər digər ixtisas sahibləri yenidən hazırlıq keçibsə, təhsili idarəetmə diplomu varsa, direktor təyin edilə bilər:

"Bildiyimiz qədərilə pedoqoji təhsili olmayan direktor yoxdur. Belə şəxslər varsa, nazirliyə müraciət edə bilərsiniz. Direktor ilk növbədə öz fənnini yaxşı bilməlidir. Amma öz fənnini yaxşı bilən hər müəllim də direktor ola bilməz".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR