Laçın-Xankəndi yolunda keçirilən aksiyada ekofəalların əsas məqsədi təbii sərvətlərimizin qanunsuz istismarının qarşısını almaqdır. Əfsus ki, işğal dövründə Azərbaycan ərazilərindəki təbiət ciddi istismar olunub.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
“Çaylarımıza, faydalı qazıntı yataqlarımıza ziyan vurulub”, - nazir qeyd edib.
Nazirin sözlərinə görə, monitorinqlərin keçirilməsi vacibdir və monitorinqlər keçiriləcək.