Nazir: Qızılca ilə əlaqədar təhlükəli vəziyyət olsa, qapanmalara gedilə bilər - YENİLƏNİB

Nazir: Qızılca ilə əlaqədar təhlükəli vəziyyət olsa, qapanmalara gedilə bilər - YENİLƏNİB
# 30 noyabr 2023 16:51 (UTC +04:00)

Qızılcaya yoluxma ilə əlaqədar təhlükəli vəziyyət olsa, qapanmalara gedilə bilər.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, həm regional idarələrdən, həm Səhiyyə Nazirliyindən olan həmkarlarla birgə vəziyyəti tədqiq edirlər:

"Bizim məlumatlara əsaslansaq, bu və ya digər müəssisədə qapanmaya getməyə hazırlaşmırıq. Amma növbəti günlərdə bu məlumatları tədqiq etdikdən sonra, hardasa təhlükəli vəziyyət yaranarsa, mütəxəssislərin rəyi və tövsiyəsi ilə hansısa məktəb və ya siniflərin distant təhsilə keçməsi istiqamətində qapanmalara gedilə bilər. Bizim belə bir səlahiyyətimiz var. Lakin hələ bu səlahiyyətimizdən istifadə etmək niyyətində deyilik".

***

16:46

Məktəblərdə qızılca virusunun yayılması ilə bağlı prosesi izləyirik.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, hazırda rəqəmlər toplanır:

"Birinci əsası statistika hesab edirik. Bu, təsdiqlənmiş hallardır. Təsdiqlənmiş hallarla bağlı saylar o qədər böyük deyil. İkincisi isə, daxil olan iddialarla bağlıdır".

Nazir qeyd edib ki, bu məsələdə şayiə və faktlar arasında qalıblar:

"Hazırda heç bir məktəbdə hansısa ciddi problem müşahidə etmirik. Ayrı-ayrı məktəblərdə sayların böyük olması ilə bağlı iddialar var. Bu barədə məktəb direktorlarından məlumatlar daxil olur. Məsələn, deyilir ki, 100 nəfər qızılcadır, amma bunun üçün diaqnoz qoyulmalıdır. Ən qısa zamanda peyvəndləməni sürətləndirmək lazımdır. Bu istiqamətdə Səhiyyə Nazirliyi ilə danışıqlar aparmışıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR