Bank Of Baku

Nazir: Səhiyyə sahəsində kadr çatışmazlığı ilə bağlı layihə hazırlanır

Səhiyyə naziri Teymur Musayev

© APA | Səhiyyə naziri Teymur Musayev

# 06 noyabr 2025 14:10 (UTC +04:00)

"Səhiyyə sahəsində kadr çatışmazlığı ilə bağlı Səhiyyə Nazirliyi, TƏBİB və İTSA birlikdə müzakirələr keçirib və layihə hazırlanıb. Təklifimiz Tibb Universitetinə və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna yönəldilib".

APA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında səhiyyə naziri Teymur Musayev deyib.

Nazir bildirib ki, bu, baza təhsili almış və 1 il ərzində xüsusi təhsil almış ailə həkimləri ilə bağlıdır: “Bu, məsələnin akademik tərəfidir. Digər tərəfi isə onların sosial müavinətləridir. Yəni onlar üçün regionlara getmək məsələsi cəlbedici olmalıdır. Bu məsələ ilə bağlı layihə hazırlanıb. Düşünürəm ki, növbəti 2 ildə ilkin səhiyyə xidmətlərində əsaslı dönüşü görəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR