Nazir: Tibb işçilərini heç kim sertifikasiya imtahanı üçün 6 ay gözləməyə məcbur etmir, 1 ay sonra da imtahan verə bilərlər

Nazir: Tibb işçilərini heç kim sertifikasiya imtahanı üçün 6 ay gözləməyə məcbur etmir, 1 ay sonra da imtahan verə bilərlər
# 16 may 2025 14:16 (UTC +04:00)

“Tibb işçilərini heç kim sertifikasiya imtahanı üçün 6 ay gözləməyə məcbur etmir. 6 ay maksimal müddətdir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlara təklif edilən dəyişikliklərin müzakirəsində səhiyyə naziri Teymur Musayev deyib.

Nazir bildirib ki, onlar istəsə, 1 ay sonra da imtahan verə bilərlər.

Qeyd edək ki, “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, sertifikasiya imtahanından keçməyən işçilərin iş yeri və aylıq tarif (vəzifə) maaşı 6 ay müddətində saxlanılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR