Bank Of Baku

NİİM yollarda təmir-tikinti və təmizlik işləri ilə bağlı sürücülərə müraciət edib - VİDEO

NİİM yollarda təmir-tikinti və təmizlik işləri ilə bağlı sürücülərə müraciət edib - VİDEO
# 18 iyul 2025 16:37 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.

NİİM-in İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib ki, yollarda təmir-tikinti və təmizlik işləri aparılarkən bəzi sürücülərin diqqətsizlik etməsi səbəbindən yol-nəqliyyat hadisələri baş verir:

"Ötən gün axşam saatlarında Xəzər rayonu, Aeroport şosesində, aidiyyəti dövlət qurumunun əməkdaşları tərəfindən yolun təmizlənməsi işləri görülüb. Təhlükəsizliyi təmin etmək məqsədilə Mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablosunda iş gedən zolağa “X” işarəsi qeyd edilməklə yanaşı, işi aparan qurumun xəbərdarlıq nişan lövhəsi qoyulmuş avtomobili təmizlik işi görən nəqliyyat vasitəsini müşayiət edib. Ancaq təəssüflər olsun ki, hərəkətdə olan minik avtomobillərindən biri diqqətsizlik edərək qeyd edilən nəqliyyat vasitəsinə çırpılıb. Qəza səbəbindən bir neçə dəqiqə mərkəz istiqamətində sıxlıq da yaranıb. Bu cür qəzaların olmaması üçün sürücülər yollarda diqqətli olmalı, təmir-tikinti, təmizlik, suvarılma işləri aparılarkən təhlükəsizlik, müvafiq istiqamətləndirici yol nişanların tələblərinə riayət etməlidirlər".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR