Nikaha daxil olanların narkomaniya testindən keçməsi təklif edilib

Nikaha daxil olanların narkomaniya testindən keçməsi təklif edilib
# 29 noyabr 2023 16:32 (UTC +04:00)

“Nikaha daxil olan şəxslərin narkomaniyaya görə yoxlanılması mütləqdir”.

APA xəbər verir ki, bunu deputat Kamilə Əliyeva Milli Məclisdə "Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində" mövzusunda keçirilən ictimai dinləmədə çıxış edib.

O bildirib ki, bu artıq zərurət halı alıb:

"Bu tədbir eyni zamanda, narkomaniya ilə mübarizədə təbliğat xarakteri də daşıyar. Çünki belə olsa, hər bir gənc narkomaniyaya qurşanıbsa, biləcək ki, gələcək taleyinə maneə törədə bilər. Beləliklə, zərərli vərdişdən əl çəkə bilər. Hesab edirəm ki, bu istiqamətdə qanunvericiliyə dəyişiklik edilməlidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR