Bank Of Baku

Ombudsman icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinin genişləndirilməsini zəruri sayır

Ombudsman icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinin genişləndirilməsini zəruri sayır
# 03 mart 2023 14:12 (UTC +04:00)

İnsan sağlamlığının qorunması üçün vacib hesab edilən bütün tibbi xidmətlərin (xəstəliklərin) “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə daxil edilməsi təklif olunur.

APA xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi”ndə əksini tapıb.

Ombudsman insan sağlamlığının qorunması üçün vacib hesab edilən bütün tibbi xidmətlərin (xəstəliklərin) Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli, 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə daxil olan tibbi xidmətlərin siyahısına əlavə edilməsi ilə həmin siyahı üzrə xidmətlərin həcminin genişləndirilməsini təklif edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR