AMEA Dilçilik İnstitutu orfoepiya normalarında dəyişikliklərlə bağlı Nazirlər Kabinetinə təkliflər verə bilər.
APA xəbər verir ki, bu təklifi AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədli “Azərbaycan dilinin yeni orfoepiya normaları”nın mübahisəli bəndləri ilə bağlı keçirilən yekun müzakirədə deyib.
Baş direktor hazırkı müzakirədə orfoepiya normaları ilə bağlı yeni təkliflər olarsa, həmin təklifləri hazırlayıb hökumətə təqdim etməyin mümkün olduğunu qeyd edib.