Bank Of Baku

Ötən il 1920 nəfərə icbari şəxsi sığorta verilib

Ötən il 1920 nəfərə icbari şəxsi sığorta verilib
# 10 yanvar 2024 11:31 (UTC +04:00)

Ötən il 1920 nəfərə icbari şəxsi sığorta verilib.

APA xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə heyətinin sədri Himalay Məmişov 2023-cü ildə görülmüş işlərə dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, hazırda sistemi təkmilləşdirməyə çalışırlar:

"Altsistemin yaradılması üzərində iş aparılır. Çalışırıq ki, vətəndaş sığorta almaq istəyəndə əlavə sənədlər toplamağa ehtiyac duymasın".

Qeyd edək ki, 2022-ci ilin fevralından icbari şəxsi sığorta üzrə vəsaitlərin toplanması və idarə edilməsi səlahiyyəti Dövlət Sosial Müdafiə Fonduna verilib.

O, həmçinin deyib ki, avqustun əvvəlindən etibarən Dövlət Sosial Müdafiə Fondu 1 milyard 50 milyon manat məbləğində investisiya qoyub:

“Vəsaitin 994,5 milyon manatı qiymətli kağızlar bazarında hərraclara, 52,5 milyon manatı isə banklarda depozit şəklində yerləşdirilib. Bu vəsaitlər maksimum risksiz maliyyə sahələrinə yönləndirilib. DSMF-nin investisiya fəaliyyəti çərçivəsində bank depozitləri üzrə gəlirlər 8 faizin üzərindədir. Qiymətli kağızlar da bazar qiymətindən ucuz alındığına görə, burada də 8 faizdən çox gəlirlilik var".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR