Parlament sədrinin birinci müavini: Əhalinin artım tempində ciddi zəifləmə var

Əli Əhmədov

© APA | Əli Əhmədov

# 30 may 2025 12:53 (UTC +04:00)

“Əhalinin artım tempində ciddi zəifləmə var, bu bizi narahat edir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlament sədrinin birinci müavini Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, boşanmalar da buna öz təsirini göstərir.

Boşanmaların sosial problemlərlə əlaqədar olması ilə bağlı fikirlərə də münasibət bildirən birinci vitse-spiker bununla razılaşmayıb.

“Kifayət qədər yüksək həyat səviyyəsi olan ölkələrdə belə boşanmaların sayı Azərbaycandan qat-qat çoxdur”, - deyə o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR