Bank Of Baku

Parlamentdə ortez və protezə dair dinləmə keçirilməsi təklif olunub

Soltan Məmmədov, Milli Məclisin deputatı

© APA | Soltan Məmmədov, Milli Məclisin deputatı

# 25 yanvar 2023 13:15 (UTC +04:00)

“Gələn həftədən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə tibbi tullantıların idarə olunması ilə bağlı yaradılmış İşçi Qrupla görüşlərə başlayacağıq”.

APA xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deputat Soltan Məmmədov deyib.

O bildirib ki, tibbi tullantıların idarə olunması ilə bağlı TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Səhiyyə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə araşdırmalar və qiymətləndirmələr aparılıb: “Qanunvericilik bazası araşdırılıb. Gələn həftədən artıq bu sessiyada hazırlıq səviyyəsində dinləmə həyata keçirilməsi üçün İşçi Qrupla da görüşlərə başlayacağıq”.

Soltan Məmmədov ortez, protez sahəsində görülən işlərlə bağlı da komitədə dinləmənin keçirilməsini təklif edib: “Səhiyyə sistemində ortez, protez mərkəzlərində çalışan mütəxəssislərin xüsusi tibbi biliklərə malik olması, eyni zamanda onların fəaliyyətinin tənzimlənməsinin monitorinqi çox vacib məsələdir. Düşünürəm ki, bununla bağlı müəyyən tədbirlər görməyə ehtiyac var. Bu məsələdə Səhiyyə Nazirliyi ilə kiçik qrup şəklində bu sahədə qiymətləndirmələr aparaq. Ehtiyac olduğu halda Səhiyyə Nazirliyinin iştirakı ilə bir dinləmə keçirək. Ən azından bizə məruzə olunsun ki, bu sahədə hansı işlər görülüb”.

Komitə sədri Əhliman Əmiraslanov bildirib ki, protezlər çox vacib məsələdir, təklifi bəyənir: “Son illərdə bu sahədə çox işlər görülür. Bununla siz məşğul olun. Aidiyyəti qurumlarla bu məsələni müzakirə edin və dinləmə lazımdırsa, keçirək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR