Respublika Perinatal Mərkəzdən Yeni Klinikaya 5 hamilə, 9 zahı və 16 yenidoğulmuş təxliyə edilib.
Bunu APA-ya Yeni Klinikanın Neonotologiya şöbəsinin müdiri Əkbər Quliyev deyib.
O bildirib ki, klinikaya təxliyə olunanların hər birinin vəziyyəti stabildir:
“Təxliyə olunanlara bütün zəruri müdaxilələr edilib. Yeni Klinikanın aidiyyəti şöbələri səfərbər olaraq pasiyentlərin Perinatal Mərkəzdəki həkimləri ilə koordinasiyalı şəkildə müalicələrini davam etdirirlər”.
Sabunçu Tibb Mərkəzinə və Mərkəzin tabeliyindəki 2 saylı doğum evinə isə Respublika Perinatal Mərkəzdəki yanğın hadisəsindən sonra 3 hamilə, 6 yenidoğulmuş köçürülüb.
Mərkəzdən APA-ya verilən xəbərə görə, hamilə qadınlar Mərkəzə, yeni doğulan körpələr isə 2 saylı doğum evinə yerləşdiriliblər. Qeyd edilib ki, təxliyə edilənlərin vəziyyəti stabildir.