Bank Of Baku

Pərviz Əzizbəyov: İstehlakçının saxta dərmanı vizual olaraq aşkarlaması çox çətindir

Pərviz Əzizbəyov: İstehlakçının saxta dərmanı vizual olaraq aşkarlaması çox çətindir
# 24 fevral 2023 12:38 (UTC +04:00)

“İndiki dövrdə saxta dərmanı vizual olaraq istehlakçının aşkarlaması çox çətindir. Bu ancaq laborator yoxlamalar nəticəsində müəyyən oluna bilər”.

Bunu APA-ya müsahibəsində Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq müfəttişliyi şöbəsinin müdiri Pərviz Əzizbəyov bildirib. Onun sözlərinə görə, saxta dərman o demək deyil ki, onun tərkibində keyfiyyətsiz hansısa maddə var:

“Həmin dərmanların tərkibində keyfiyyətli təsiredici maddələr, dərman orijinala tam uyğun da ola bilər. Orijinal istehsalçının adından, brendindən istifadə edərək istehsal etdiyi üçün belə dərmanlar saxta hesab edilir.

İstehlakçılarda hansısa dərman vasitəsinə şübhə yaranırsa, ilkin olaraq qablaşdırmasına baxılmalıdırlar. Qablaşmada dərmanın adında pozuntu və yaxud tez gedən yazılar varsa, istifadə müddəti göstərilməyibsə, yaxud səhv göstərilibsə, Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilərlər”.

Şöbə müdiri deyib ki, Analitik Ekspertiza Mərkəzinin apardığı yoxlamalarda dövlət qeydiyyatından keçməyən dərman vasitələri aşkarlanıb:

“Ötən il bəzi dərman vasitələrinin geri çağırılması olub. Həm istehsalçıların özlərinin müraciəti, həm də beynəlxalq səhiyyə təşkilatlarının tövsiyələri əsasında bəzi dərman vasitələri satışdan geri çağırılıb. Bütün bu məlumatlar saytımızda yerləşdirilir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR