Bank Of Baku

PFL prezidentinin müalicəsi Türkiyədə davam etdiriləcək

PFL prezidentinin müalicəsi Türkiyədə davam etdiriləcək
# 26 dekabr 2023 16:25 (UTC +04:00)

Dekabrın 16-da Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində “Mercedes” markalı mikroavtobusun yol kənarındakı maneəyə çırpılması nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının (PFL) prezidenti və vitse-prezidentinin vəziyyəti açıqlanıb.

Bu barədə Liv Bona Dea Hospitalın mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, Aslan Şahgəldiyev və Elxan Səmədovun vəziyyəti yaxşıdır. Müalicələri uğurla davam etdirilir.

Bildirilib ki, Elxan Səmədov müalicəsini öz istəyilə Türkiyədə davam etdirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR