Bank Of Baku

Professor Nadir Abdullayev vəfat edib

Professor Nadir Abdullayev vəfat edib
# 26 dekabr 2022 10:11 (UTC +04:00)

Dilçi alim, professor Nadir Abdullayev vəfat edib.

APA xəbər verir ki, professor 87 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Abdullayev Nadir Əziz oğlu 1935-ci il avqust ayının 15-də Göyçay rayonunun Qaraman kəndində anadan olub.

O, 1950–1954-cü illərdə Göyçay Pedaqoji Texnikumunda təhsil alıb. Elə həmin ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) tarix-filologiya fakültəsinə daxil olub. 1962–1965-ci illərdə aspirantura təhsili alıb. 1965-ci ildən Pedaqoji İnstitutun Filologiya fakültəsində Azərbaycan dili və onun tədrisi metodikası kafedrasında müəllim vəzifəsində fəaliyyətə başlayıb. 1993-cü ildən professor vəzifəsinə təyin olunub və 2021-ci ildə təqaüdə çıxana qədər fasiləsiz olaraq həmin kafedranın professoru vəzifəsində işləyib.

Nadir Abdullayev 25 adda monoqrafiya, proqram, dərslik və dərs vəsaitlərinin, o cümlədən təlim rus dilində olan orta məktəblərin VII və IX sinifləri üçün "Azərbaycan dili" dərsliklərinin, 100-ə yaxın məqalənin müəllifidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR