Qaxda qızılcaya ilk yoluxma qeydə alınıb

Qaxda qızılcaya ilk yoluxma qeydə alınıb
# 03 dekabr 2023 22:38 (UTC +04:00)

Qaxda qızılca xəstəliyinə ilk yoluxma qeydə alınıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, rayonun Qapıçay kənd sakini, 13 yaşlı Sahibə Sirac qızı Babayeva dekabrın 2-i qızılca xəstəliyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Yolxucu xəstəliklər şöbəsinə daxil olub.

Məlumata görə, bu Qaxda birinci qızılca xəstəliyinə yoluxma halıdır.

S.Babayeva Qapıçay kənd orta məktəbinin 7-ci sinif şagirdidir.

Rayonun Qarabaldır kənd sakini 5 yaşlı Abdurəhman Taleh oğlu Məmmədli qızılca xəstəliyi ilə bu gün Qax RMX-nın Yolxucu xəstəliklər şöbəsinə daxil olub.

Qeyd edək ki, qızılca xəstəliyinə yoluxma halı ölkənin Şimal-qərb bölgəsində ilk dəfə sentyabr ayının ikinci ongünlüyündə Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada qeydə alınıb.

Oktyabr ayının birinci ongünlüyündə isə bölgədə Zaqatala rayonunda qızılca xəstəliyi qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR