Bank Of Baku

QHT Agentliyi: Özbəkistan vətəndaş cəmiyyəti nümayəndələri ilə əməkdaşlıq önəmlidir

QHT Agentliyi: Özbəkistan vətəndaş cəmiyyəti nümayəndələri ilə əməkdaşlıq önəmlidir
# 27 noyabr 2023 14:35 (UTC +04:00)

"Son illərdə Azərbaycanla Özbəkistanın əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən də Türk Dövlətləri Təşkilatı çərçivəsində intensiv şəkildə inkişaf edir".

APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu Füzulidə keçirilən Azərbaycan-Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının əməkdaşlıq forumunda jurnalistlərə açıqlamasında, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deyib.

O bildirib ki, iki ölkəni tarixdən gələn bir sıra bağlılıqlar, dövlətlərin siyasi iradəsi və cəmiyyətlərin istəyi birləşdirir: "Deyə bilərik ki, Azərbaycan və Özbəkistanın siyasi dialoqu, iqtisadi və humanitar sahələrdə əməkdaşlığı iki ölkənin dövlət başçılarının birbaşa dəstəyi ilə günü-gündən yüksək dinamika ilə daha da möhkəmlənir. Bu xüsusda hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin əməkdaşlığı da çox önəmlidir. Bu əməkdaşlığı daha da inkişaf etdirmək və qarşılıqlı təcrübə mübadiləsini həyata keçirmək üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəvəti ilə Özbəkistanın 30 nəfərlik nümayəndə heyəti ölkəmizdə səfərdədir. Nümayəndə heyətində Özbəkistanın Prezident administrasiyası, aidiyyəti dövlət qurumları, nüfuzlu QHT-lər və media nümayəndələri təmsil olunur. Səfərin əhatə edəcəyi 5 gün ərzində bir çox dövlət və qeyri-dövlət qurumlarında görüşlər, Özbəkistanda fəaliyyət göstərən Agentliyin tərəfdaşı olan donor təsisatları ilə əməkdaşlıq memorandumlarının imzalanması, qeyri-hökumət təşkilatlarının ofislərinə səfərlər, Bakının və Şuşanın tarixi yerlərinə səfər və Azərbaycan-Özbəkistan QHT-lərinin Əməkdaşlıq Forumunun keçirilməsi nəzərdə tutulub. Sözügedən Forumun keçirilməsi üçün Özbəkistanın Azərbaycana hədiyyə etdiyi Füzuli şəhərində yerləşən Mirzə Uluqbəy adına 1 N-li tam orta məktəb seçilib. Forum çərçivəsində maraqlı müzakirələr, təcrübə mübadiləsi olacaq və sonda hər iki ölkənin QHT-lərinin təşəbbüsü ilə ölkə başçılarına müraciət ünvanlanacaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR