Son vaxtlar qızılcaya yoluxma halları artıb. Qızılcaya yoluxanlar arasında uşaqlar üstünlük təşkil edir. Bu səbəbdən qızılcaya yoluxmalarla bağlı hansısa məktəb və ya sinfin karantinə alınıb-alınmamasına məsələsinə aydınlıq gətirilib.
Bu barədə APA-ya açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov məlumat verib.
O qeyd edib ki, qızılcaya yoluxma ilə bağlı hansısa məktəb və ya sinfin karantinə alınması ilə bağlı hal yoxdur.