Qubada çay daşıb, körpüyə, evlərə və təsərrüfatlara ziyan dəyib - VİDEO

Qubada çay daşıb, körpüyə, evlərə və təsərrüfatlara ziyan dəyib - VİDEO
# 21 iyun 2024 18:55 (UTC +04:00)

Güclü leysan yağışları nəticəsində Cağacıq çayına güclü sel gəlib.

APA-nın Şimal bürosu xəbər verir ki, Cağacıq çayı Quba rayonunun Rustov kəndi ərazisində məcrasından çıxıb.

Nəticədə çayın üzərindəki körpülərdən birinə, Rustov kəndindəki fərdi yaşayış evlərinə və təsərrüfatlara ziyan dəyib.

Qeyd edək ki, hazırda Quba rayonunun yüksək dağlıq ərazilərində leysan müşahidə edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR