Bank Of Baku

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub
# 27 iyul 2025 00:00 (UTC +04:00)

Quba rayonunun Rustov kəndi ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, hərbi xidmətdən məzuniyyətə gələn əsgər, rayonun Rustov kənd sakini 18 yaşlı Bayramov Pərvin Pərviz oğlunu avtomobil vurub.

O müxtəlif dərəcəli xəsarətlər alaraq Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda tibbi yardım göstərilir.

TƏBİB-dən APA-ya verilən məlumata görə 2006-cı il təvəllüdlü şəxsə sol qamış sümüyünün qapalı sınığı, 3-4-5-ci qabırğaların sınığı və başın açıq yarası diaqnozu təyin olunub.

Müalicəsi Travmatologiya şöbəsində davam etdirilən şəxsin vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR