Qubadlı Dövlət Təbiət Yasaqlığının fəaliyyətinin bərpası üçün hazırda yer quruluşu planı hazırlanaraq müvafiq qurumlarla razılaşdırılıb.
APA-nın Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Xaliq Mirzəyev deyib.
O qeyd edib ki, işğal dövründə yasaqlığın ekosisteminə ciddi ziyan vurulub.
Xaliq Mirzəyev sonda bildirib ki, torpaqlarımız işğaldan azad edildikdən sonra dövlətin diqqət və qayğısı ilə xüsusi mühafizə olunan təbiət ərazilərinin bərpasına başlanılıb.