Bank Of Baku

RMQ-nin təminat yüklü 14 avtomobili Laçın-Xankəndi yolunda aksiya keçirilən yerdən sərbəst hərəkət edib - FOTO - VİDEO

RMQ-nin təminat yüklü 14 avtomobili Laçın-Xankəndi yolunda aksiya keçirilən yerdən sərbəst hərəkət edib - FOTO  - VİDEO
# 23 dekabr 2022 18:51 (UTC +04:00)

Rusiya sülhməramlı qüvvələrinə (RMQ) məxsus təminat avtomobillərinin Xankəndi-Laçın yolunda aksiya keçirilən yerdən maneəsiz hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Laçından Xankəndi istiqamətinə Rusiya sülhməramlılarına məxsus, təminat yüklü 12 avtomobil keçib.

Daha 2 avtomobil isə Xankəndidən Laçın istiqamətinə hərəkət edib.

Bu gün ümumilikdə hər iki istiqamətə ümumilikdə təminat yüklü 25 avtomobil aksiya keçirilən yerdən maneəsiz keçid edib.

Bu, bir daha göstərir ki, Laçın-Xankəndi-Laçın yolu hər iki istiqamətə humanitar məqsədli keçid üçün açıqdır. Aksiya iştirakçıları avtomobillərin hərəkətinə heç bir maneə yaratmırlar.

Qeyd edək ki, Ekoaktivistlər, könüllülər, vətəndaş cəmiyyətinin nümayəndələri Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq dekabrın 12-dən aksiya keçirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR