Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus növbəti maşın karvanı maneəsiz keçid edib.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus daha bir maşın karvanı maneəsiz keçid edib.
Laçın istiqamətindən gələn 7 maşından ibarət karvan aksiya keçirilən ərazidən Xankəndinə gedib.
***
Saat 14:06
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus daha bir maşın karvanı maneəsiz keçid edib.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Laçından gələn 19 təminat-təhcizat maşını Xankəndinə maneəsiz keçid edib.
***
10:41
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus daha bir maşın karvanı aksiya keçirilən ərazidən maneəsiz keçid edib.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus maşın karvanı 14 yük, 1 minik avtomobilindən ibarət olub.
***
10:14
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndi istiqamətindən gələn RSK-ya məxsus 4 yük avtomobili Laçın-Xankəndi yolundan maneəsiz keçid edib.