Bank Of Baku

RSK-nın daha 4 avtomobili Laçından Xankəndi istiqamətinə keçib - FOTO - VİDEO

RSK-nın daha 4 avtomobili Laçından Xankəndi istiqamətinə keçib - FOTO  - VİDEO
# 26 dekabr 2022 14:54 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Rusiya sülhməramlı kontingentinə məxsus daha 4 yük avtomobilindən ibarət təminat kolonu Laçından Xankəndi istiqamətinə keçib.

Avtomobillərdən ibarət karvanın aksiya keçirilən yerdən maneəsiz, sərbəst hərəkətinə şərait yaradılıb. Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR