Bank Of Baku

RSK-nın ötən gün Laçına gedən təminat avtomobilləri Xankəndiyə qayıdıb - FOTO - VİDEO

RSK-nın ötən gün Laçına gedən təminat avtomobilləri Xankəndiyə qayıdıb - FOTO  - VİDEO
# 28 dekabr 2022 17:26 (UTC +04:00)

Ötən gün Laçına doğru gedən Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus təminat və təchizat avtomobilləri geriyə, Xankəndiyə qayıdıb.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, nəqliyyat vasitələrinin aksiya keçirilən ərazidən Xankəndiyə doğru maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Bu, bir daha onu sübut edir ki, aksiya keçirilməsinə baxmayaraq, yol humanitar məqsədlər üçün açıqdır.

Qeyd edək ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyası 17 gündür davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR