Bank Of Baku

RSK-nın təminat maşınları Xankəndi-Laçın yolunda aksiya keçirilən yerdən növbəti dəfə maneəsiz keçib - FOTO - VİDEO

RSK-nın təminat maşınları Xankəndi-Laçın yolunda aksiya keçirilən yerdən növbəti dəfə maneəsiz keçib - FOTO  - VİDEO
# 27 dekabr 2022 09:14 (UTC +04:00)

Rusiya sülhməramlı kontingentinin (RSK) müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Rusiya sülhməramlı kontingentinə məxsus daha 2 təminat və təchizat maşını Xankəndindən Laçın istiqamətinə keçib.

Avtomobillərdən ibarət karvanın aksiya keçirilən yerdən maneəsiz, sərbəst hərəkətinə şərait yaradılıb.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR