Şagirdlərin fövqəladə hallarda davranışı ilə bağlı tədbirlər keçirilib

Şagirdlərin fövqəladə hallarda davranışı ilə bağlı tədbirlər keçirilib
# 05 dekabr 2023 10:29 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin dəstəyi, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Şəki-Zaqatala və Mərkəzi Aran Regional Təhsil idarələrinin tabeçiliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin direktorları üçün fövqəladə hallarla bağlı davranış qaydaları barədə məktəblərdə təhsil alan uşaq və yeniyetmələrin maarifləndirilməsinin təşkili məsələlərinə dair tədbirlər keçirilib.

FHN-dən APA-ya verilən xəbərə görə, tədbirlərdə, əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə Fövqəladə Hallar və Elm və Təhsil nazirliklərinin nümayəndələri, Şəki-Zaqatala və Mərkəzi Aran Regional Təhsil idarələrinin tabeçiliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin direktorları və digər şəxslər iştirak edib.

Tədbirlərin keçirilməsində məqsəd məktəblərdə təhsil alan uşaq və yeniyetmələrin təbii və texnogen xarakterli fövqəladə hallarla bağlı maarifləndirilməsi ilə əlaqədar qarşıda duran məsələlər və onların həlli yollarının müzakirəsi, bu istiqamətdə səmərəli işin qurulması üçün metodiki köməkliyin göstərilməsi olub.

Çıxış edənlər tədbirlərin əhəmiyyətini qeyd edərək, bu kimi müzakirələrin mütəmadi təşkil olunmasının faydasını vurğulayıblar.

Sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən fövqəladə hallarla bağlı zəruri davranış qaydaları, habelə məktəblərdə maarifləndirmə işinin təşkili ilə əlaqədar geniş məlumat verilib. Mövzuya dair videoçarxların müşayiəti ilə interkativ formada keçirilən tədbirlərdə suallar ətraflı cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR