Bank Of Baku

Şahdağ Milli Parkına 10 baş zubr gətirilib - FOTO

Şahdağ Milli Parkına 10 baş zubr gətirilib - FOTO
# 08 dekabr 2023 12:15 (UTC +04:00)

Şahdağ Milli Parkının yaranmasının 17-ci ildönümü münasibətilə əraziyə 10 baş zubr gətirilib.

APA-nın Şirvan bürosu xəbər verir ki, hazırda zubrların ümumi sayı 61-dir.

Milli Parkın direktoru Nizaməddin Tağıyev APA-ya açıqlamasında deyib ki, bu il Azərbaycanda zubrların çoxalması rekord həddə çatıb:

“Yeni doğulan körpə zubr balalarının sayı il ərzində 10 baş olub. 2023-ci ildə maral rentraduksiyasında da rekord göstərici qeydə alınıb. Milli Parkın İsmayıllı bölməsinə buraxılan maralların sayı artıq 7-yə çatıb. Bu da o deməkdir ki, burada olan maralların hamısı bala verib. Yaxın illərdə artımın daha da artacağı gözlənilir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR