Bank Of Baku

Sahil Babayev: Texniki bilikləri olanlar çox rahat iş tapa bilir

Sahil Babayev: Texniki bilikləri olanlar çox rahat iş tapa bilir
# 21 dekabr 2022 11:36 (UTC +04:00)

Bu gün texniki bilikləri olan şəxs çox rahat iş tapa bilir.

APA-nın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Gələcəyə hazır ol”” Karyera İnkişaf Forumunda panel müzakirəsi zamanı bildirib.

Nazir bildirib ki, məşğulluq həm də cəmiyyətdən aslıdır.

“Verilən təhsilə maraq göstərilib, seçilməlidir. Özəl sektor iş yerlərinin yaradıcısıdır. Bu kompleks bir məsələdir. Məşğulluq cəmiyyətin inkişafı ilə birgə inkişaf edəcək sahədir. Qarşımızda böyük çağırışlar və gözləntilər var. Məşğulluq hər bir dövlətin əsas çağırışlarından biridir”,- deyə S.Babayev əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR