Bank Of Baku

Samuxda avtomobil mağazaya çırpılıb, 4 nəfər xəsarət alıb

Samuxda avtomobil mağazaya çırpılıb, 4 nəfər xəsarət alıb
# 15 sentyabr 2025 16:27 (UTC +04:00)

Samuxda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Samux şəhəri ərazisində qeydə alınıb.

"VAZ 2107" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı mağazaya çırpılıb. Qəza zamanı sürücü F.Həsənov və daha 3 nəfər xəsarət alıb.

Xəsarət alanlarlar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən APA-ya verilən məlumata görə, Samux rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar sentyabrın 15-də saat 15:10 radələrində 4 nəfər (qadın cinsli) Samux Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR