Bank Of Baku

Şəhid və şəhid ailələrinə xərclənən vəsait dövlət icbari şəxsi sığorta vəsaiti hesabına da ödəniləcək

Şəhid və şəhid ailələrinə xərclənən vəsait dövlət icbari şəxsi sığorta vəsaiti hesabına da ödəniləcək
# 09 mart 2023 11:30 (UTC +04:00)

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na dəyişiklik edilib.

APA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Şəhid və şəhid ailələrinə xərclənən vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən, ayrı-ayrı şəxslərin, müxtəlif təşkilat, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondlarından habelə dövlət icbari şəxsi sığorta vəsaiti hesabına ödəniləcək. İndiyə kimi Şəhid və şəhid ailələrinə xərclənən vəsait Azərbaycan Respublikası və müvafiq şəhər (rayon) icra hakimiyyətlərinin büdcəsindən, ayrı-ayrı şəxslərin, müxtəlif təşkilat, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondlarından ödənilirdi. Pensiya və müavinətlərə çəkilən xərclər isə dövlət sosial müdafiə fondunun büdcəsi və dövlət büdcəsi hesabına yalnız nağdsız qaydada ödənilirdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR