Bank Of Baku

Səhiyyə Nazirliyi: Tibbi tullantılar sahəsində problemlər var, işçi qrup yaradılıb

Səhiyyə Nazirliyi: Tibbi tullantılar sahəsində problemlər var, işçi qrup yaradılıb
# 21 dekabr 2023 12:32 (UTC +04:00)

“Tibbi tullantılar sahəsində problemlər var. Bu problemlərin araşdırılması və vəziyyətin yaxşılaşdırılması üçün Səhiyyə Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə əmri ilə işçi qrup yaradılıb”.

APA xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov Milli Məclisdə "Tibbi tullantıların idarə olunması" mövzusunda keçirilən ictimai dinləmədə deyib.

O bildirib ki, indiyə qədər işçi qrupun iki iclası keçirilib:

"İşçi qrup tərəfindən ilkin mərhələdə 37 tibb müəssisəsində monitorinq aparılıb. Həmçinin əməkdaşlarla maarifləndirmə işi aparılıb. Toplanan məlumatlar əsasında təkliflər verilib. Təkliflərdən əsası normativ hüquqi bazanın təkmilləşdirilməsidir. Qanunlarla bağlı bəzi dəyişikliklərin edilməsinə ehtiyac var".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR