Səhiyyə Nazirliyinin sektor müdiri: Azərbaycanda 700-ə yaxın ixtioz xəstəsi var, rəqəmlər narahatedicidir

Səhiyyə Nazirliyinin sektor müdiri: Azərbaycanda 700-ə yaxın ixtioz xəstəsi var, rəqəmlər narahatedicidir
# 20 iyun 2024 16:06 (UTC +04:00)

Bu gün Azərbaycanda 700-ə yaxın ixtioz xəstəsi var.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova parlamentdə “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Nazirlik rəsmisi bildirib ki, ixtioz xəstəliyi ilə bağlı rəqəmlər narahatedicidir:

“Biz bunun statistikasını da aparmışıq. Ölkədə 700-ə yaxın ixtioz xəstəsi var. Bununla bağlı dövlət proqramı qəbul olunub. Biz onları dərman və sarğı materialları ilə də təmin edirik”.

Qeyd edək ki, ixtioz dəri xəstəliyidir. Uşaq yaşlarında (çox vaxt 3 yaşında) başlayır, yetkinlik dövründə güclənir və insanın ömrü boyu davam edir. Müalicəsi olmayan xəstəliyə sahib olan uşaqlar sərt və elastikliyi olmayan dəriyə malik olurlar, eyni zamanda, sərt dəri yarıqlar vasitəsilə bir-birlərindən aralanır, dərinin yumşaq toxuması görünür, yara hissələrindən daima su axır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR