Bank Of Baku

Sertifikasiya imtahanlarında uğur qazanmayan tibb işçilərinin iş yeri və əməkhaqqı 6 ay saxlanılacaq

Musa Quliyev

© APA | Musa Quliyev

# 29 aprel 2025 11:10 (UTC +04:00)

“Sertifikasiya imtahanlarında yaxşı nəticə əldə etməyən işçinin işini davam etdirib-etdirməyəcəyi sual doğururdu”.

APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Əmək Məcəlləsi, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsində komitə sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, bu isə tibb işçilərinin haqlı narazılığına səbəb olurdu: “Bu gün müzakirə etdiyimiz dəyişikliklərdən sonra qanunlara, o cümlədən Əmək Məcəlləsinə yeni anlayış gətirilir. Bu, davamlı peşəkar inkişaf anlayışıdır. Sertifikasiya imtahanlarında uğur qazanmayan işçilərin 6 ay iş yeri və əməkhaqqı saxlanılacaq və 6 ay sonra həmin işçilər yenidən imtahan verəcəklər. Bu dəyişikliklərin qəbul olunmasının həm tibb işçilərinin əmək hüquqlarının qorunmasında, həm də onların iş keyfiyyətinin yaxşılaşmasında, peşəkarlığının yüksəlməsində böyük əhəmiyyəti olacaq".

Musa Quliyev sertifikasiya zamanı sualların tərtibinə də toxunub: “Məqsədimiz suallarla həkimlərə hansısa çətinlik yaratmaq deyil. Bu olmamalıdır. Hərdən bəzi suallar ixtisas sahibinə heç lazım olmur. Praktik həkimə nələr lazım olacaqsa, suallara onları salmaq lazımdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR