Bank Of Baku

Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə bu il 178 nəfər qəbul olunub

Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə bu il 178 nəfər qəbul olunub
# 20 dekabr 2022 10:16 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə bu il 178 nəfər qəbul olunub.

Nazirlikdən APA-ya verilən xəbərə görə, həmin şəxslər yaş qruplarına uyğun müəssisənin müvafiq bölmələrinə qəbul ediliblər.

Onlardan bir hissəsi müəssisədə artıq sosial rebilitasiya kursunu başa vurub. Hazırda burada 45-i qadın, 58-i kişi olmaqla 103 sakinə stasionar şəraitdə reabilitasiya yönümlü sosial xidmətlər davam edir. Onlardan 39-u uşaqlardır.

Ötən il qəbul olunan şəxslər də daxil olmaqla bu il müəssisədə 300-ə yaxın şəxsə sosial xidmətlər göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR