Siyavuş Novruzov Gürcüstandan olan azərbaycanlı miqrantlara güzəşt olunmasını təklif edib

Siyavuş Novruzov, Milli Məclisin Regional məsələlər komitəsinin sədri

© APA | Siyavuş Novruzov, Milli Məclisin Regional məsələlər komitəsinin sədri

# 14 iyun 2024 12:12 (UTC +04:00)

Çoxlu sayda Gürcüstanda yaşayan həmvətənlərimiz müraciət edir.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, onlar azərbaycanlı olsa da, Gürcüstan vətəndaşıdır: “Ailə Məcəlləsinə təklif edilən dəyişikliyi qəbul etsək, bu qadağalar onlara da şamil olunacaq. Belə çıxır ki, biz hansısa əcnəbiyə tətbiq etdiyimiz yanaşmanı azərbaycanlıya da tətbiq edək? Onlar azərbaycanlı olsa da, Gürcüstan vətəndaşıdır. Gələcəkdə bu halı necəsə nəzərə almaq lazımdır”.

Qeyd edək ki, Ailə Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, ikisindən biri və ya hər ikisi Azərbaycan Respublikası ərazisində qanunsuz yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında nikahın bağlanmasına yol verilməyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR