Bank Of Baku

SN: Sümüklərin təxminən yarısı yeniyetməlik dövründə yaranır

SN: Sümüklərin təxminən yarısı yeniyetməlik dövründə yaranır
# 27 dekabr 2022 11:06 (UTC +04:00)

Uşaq və yeniyetmələrdə sümük toxumasının qurulması üçün kritik dövr 25 yaşa qədər davam edir.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Sədaqət Hüseynova bildirib. Onun sözlərinə görə, əgər bu dövrdə möhkəm sümüklər formalaşırsa, insan sonra osteoporoza az meyilli olur:

“Sümüklərimizin təxminən yarısı yeniyetməlik dövründə yaranır. Sümüyün pik mineral sərtliyinin 80% genetik faktorlarla müəyyənləşir, ancaq qidalanma və fiziki aktivlik kimi amillər də sümük kütləsinin artmasına əhəmiyyətli təsir göstərir. Sümüklərdə kalsium maksimum toplanması oğlanlarda 14 yaşa, qızlarda isə 12,5 yaşa təsadüf edir”.

Həkim deyib ki, sümüklərin sağlamlığı üçün kalsium, vitamin D və zülallar mühüm əhəmiyyət kəsb edirlər:

“Kalsium sümüklərin möhkəmliyi üçün çox vacibdir. Belə ki, orqanizmdə olan 1 kq kalsiumun 99 faizi sümüklərdə toplanır. Sümüklərdə kalsium ehtiyatlarının toplanması hesabına qanda onun səviyyəsi stabil saxlanılır ki, bu da sinir sistemi və əzələlərin fəaliyyəti üçün çox mühümdür. Kalsiumun ən yaxşı mənbəyi süd və digər süd məhsullarıdır. Lakin yaşıl tərəvəzlər, balıq, qoz və digər məsullar da kalsium ilə zəngindirlər. Bizim istifadə etməli olduğumuz kalsiumun miqdarı yaşdan asılı olaraq dəyişir. Ehtiyac olan kalsiumun istifadəsi haqqındakı tövsiyələr müxtəlif ölkələrdə fərqlidir, lakin əsas mahiyyət ondan ibarətdir ki, insanlar yetərli miqdarda kalsim qəbul etməlidirlər.

Qida ilə kalsium qəbulu yetərsiz olduqda o, qida əlavələri şəklində, vitamin D ilə birlikdə istifadə edilir (sutkada 500-600 mq). Vitamin D skeletin inkişafında və sümük sağlamlığının saxlanmasında mühüm rol oynayır: bağırsaqda kalsiumun sorulmasına yardımçı olur və sümüklərin mineralizasiyasını təmin edir. O, dəridə günəşin ultrabənövşəyi B dalğalarının təsiri altında yaranır. Bunu nəzər alaraq, hər gün 10-20 dəqiqə açıq havada günəş altında olmaq tövsiyə olunur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR