Sosial yardım alanlar “Sosial tərəfdaş” layihəsi çərçivəsində endirimdən faydalana bilərlər

Sosial yardım alanlar “Sosial tərəfdaş” layihəsi çərçivəsində endirimdən faydalana bilərlər
# 22 may 2024 09:00 (UTC +04:00)

Pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı alanlar “Sosial tərəfdaş” layihəsi çərçivəsində endirimdən faydalanacaqlar. Bu şəxslər mağaza, klinika, aptek və restoranların xidmətlərindən istifadə, alış-veriş zamanı sosial ödəniş kartları ilə nağdsız qaydada ödəniş etdikdə onlara 30 faizədək endirim tətbiq olunur. Endirim təklif edən şirkətlərin siyahısı ilə tanış olmaq üçün linkə daxil ola bilərsiniz. https://dsmf.gov.az/az/sosial-terefdas

Bakıda yerləşən Genom Genetic Clinic Laboratory və Sabirabad şəhərində yerləşən Omega Hospitalı sosial ödəniş alan şəxslərə endirim təklif edən şirkətlərdəndir. Sosial ödəniş alanlar ödəniş kartından istifadə etməklə endirimlərdən faydalana bilərlər. Bu kateqoriyadan olan şəxslər dişlərini Dental Plus Stomatoloji Klinikasında müayinə və müalicə etdirdikdə xidmət haqqını sosial ödəniş kartı ilə ödəyərsə, onlara endirim tətbiq olunacaq. Çay və ədviyyatları, eləcə də çərəzləri ilə seçilən Xurcun mağazasının da sosial ödəniş alan şəxslərə endirimləri var.

Onlar bu mağazadan alış-veriş etdikdə tətbiq olunan endirimdən faydalana biləcəklər. Saloni Mebel mağazasında da sosial ödəniş alan şəxsləri endirimlər gözləyir. Evini müxtəlif üslubda rahat mebellə gözəlləşdirmək istəyən sosial ödəniş alan şəxslər alış-veriş zamanı hesabı sosial ödəniş kartı ilə ödədikdə onlara endirim tətbiq olunur.


Avis Apteklər şəbəkəsi və Həyat Aptek də sosial ödəniş alan şəxslərə endirimli qiymətlərlə xidmət göstərir. Sosial tərəfdaşlar sırasında müxtəlif çeşiddə yüksək keyfiyyətli eşitmə cihazları təklif edən AVAZ Eşitmə və Nitq Mərkəzi də var. Burada da sosial ödəniş alan şəxslərə endirim təklif olunur. Kral İnşaat mağazasında da bu kateqoriyadan olan şəxsləri endirim gözləyir. Mağazadan edilən alış-verişin hesabı sosial ödəniş kartı ilə ödəndikdə məhsullar endirimli qiymətlərlə hesablanır. Yüksək sürətli internet və televiziya xidmətləri göstərən Connect TV də sosial tərəfdaşlar arasındadır və sosial ödəniş alan şəxslərə endirimlər təklif edir.

Rəğbət görən restoranlar şəbəkəsi Günaydın Restoran, Zafar Cafe, Coffee Bar, Bridge Cafe, Cherry on Top kafeləri də layihənin tərəfdaşlarındandır və bu kateqoriyadan olan şəxslərə endirim etməyi unutmayıblar.

“Sosial tərəfdaş” layihəsinə qoşulmaq istəyən şirkətlər (+994) 10-712-73-12 nömrəli telefonla əlaqə saxlaya bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR