Bank Of Baku

Sümük iliyi transplantasiyası üçün həkimlər Türkiyəyə təlimə göndərilib

Sümük iliyi transplantasiyası üçün həkimlər Türkiyəyə təlimə göndərilib
# 20 dekabr 2023 11:52 (UTC +04:00)

Böyrək, qaraciyər, sümük iliyi transplantasiyası icbari tibbi sığorta çərçivəsində qarşılanır.

APA xəbər verir ki, bunu TƏBİB-in 5 illiyinə həsr edilmiş tədbirdə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.

O bildirib ki, hazırda bu əməliyyatlar, əsasən, icbari tibbi sığorta çərçivəsində müqaviləli özəl tibb müəssisələrində icra olunsa da, gələcəkdə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində də belə əməliyyatların keçirilməsi nəzərdə tutulub.

"Növbəti illərdə sümük iliyi transplantasiyası əməliyyatının Yeni Klinikada tətbiqi planlaşdırılır. Bunun üçün artıq həkim-cərrahlarımız Türkiyədə təlimə göndəriliblər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR