Sümük iliyinin transplantasiyasını həyata keçirəcək xəstəxanaların sayı artırılıb.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Qərara əsasən, Bona Dea Beynəlxalq Xəstəxanası sümük iliyinin transplantasiyasını həyata keçirə biləcək.
Eyni zamanda bu xəstəxanaya sümük iliyinin götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirmək hüququ da verilib.