Bank Of Baku

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub - VİDEO

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub - VİDEO
# 08 noyabr 2025 21:24 (UTC +04:00)

Şuşa şəhərində Zəfərin 5-ci ildönümü münasibətilə təşkil olunan konsert proqramından sonra möhtəşəm atəşfəşanlıq nümayiş etdirilib.

APA-nın Qarabağ bürosunun məlumatına görə, Gəncə qapısı adlanan ərazidən atılan fişənglər şəhərin səmasını rəngarəng işıqlarla bəzəyib.

Atəşfəşanlıq Şuşa sakinləri və bayramı qeyd etmək üçün şəhərə gələn qonaqlar tərəfindən böyük coşqu və sevinc hissi ilə qarşılanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR