Şuşa şəhərinə gecə saatlarından yağan qar gediş- gəlişi çətinləşdirib.
APA-nın Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, qarlı hava şəraiti şəhər ərazisində avtomobillərin hərəkətini çətinləşdirib. Hazırda nəqliyyatın hərəkətini bərpa etmək üçün yollarda təmizləmə işləri aparılır. Qarlı hava şəraiti hələ də davam edir. Havanın temperaturu - 6 dərəcədir.