Tibb müəssisələrindəki rentgen aparatlarının fəaliyyətinin monitorinq edilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumu ilə daimi danışıqlar aparırıq.
APA xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov tibb müəssisələrindəki rentgen aparatlarının fəaliyyətinin monitorinq edilməsi ilə bağlı suala cavabında deyib.
O bildirib ki, həm vətəndaşların, həm də tibb işçilərinin sağlamlığına zərər verəcək halların aradan qaldırılması istiqamətində işlərin aparılmasında TƏBİB də maraqlıdır:
"FHN-lə bu istiqamətdə müzakirələr aparırıq. Onların hazırladıqları təlimatlar üzrə tibb müəssisələrində rentgen, KT otaqlarının həm izolyasiyası, həm də orada müvafiq addımların atılması istiqamətində işlər aparılır. Tibb müəssisələrimizin sayı çoxdur. Ümid edirəm ki, gələn ilin sonuna bütün tibb müəssisələrində bu istiqamətdə yoxlamalar aparılacaq və hansı müəssisədə belə sıxıntı varsa, aradan qaldırılacaq".